Çempionlar Liqası: "Qarabağ" Kiprdə APOEL-lə qalib gəldi

img

06-08-2019 [22:56]


"Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Mia.az xəbər veirr ki, "Qarabağ" Kiprdə APOEL-lə üz-üzə gəlib.

 Nikosiyadakı GPS stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

54-cü dəqiqədə Mahir Emreli topu rəqib qapısından keçirib. 68-ci dəqiqədə onun yerinə meydana "Qarabağ”ın yeni transferi Maqaye Qeye daxil olub. Fransalı hücumçu bir dəqiqə sonra hesab arasındakı fərqi ikiyə yüksəldib. APOEL-in qolunu isə 95-ci dəqiqədə Giorgos Merkis vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR