"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?

img

03-03-2026 [15:19]


“Referans Weelbeing Center”in baş həkimi Ülya Quliyevanın həbsi istənilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, onunla bağlı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət olunub.

Ülya Quliyeva ilə bağlı xüsusi ittiham qaydasında şikayət verən də həkimdir. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində çalışan həkim şikayət ərizəsində qeyd edib ki, bir neçə il əvvəl “Referans”ın Nəsimi filialında baş həkim vəzifəsində çalışan Ülya Quliyeva ilə tanış olub, onun rəhbərlik etdiyi filialda saat hesabı həkimlik fəaliyyəti göstərib.

2025-ci ilin dekabr ayından etibarən isə Ülya Quliyeva əvvəlcə vatsapda müxtəlif yazılı və səsli mesajlar göndərərək, onun şəxsi həyatına aid məlumatları “İnstagram” sosial şəbəkəsində paylaşacağını bildirib. Ülya Quliyeva tərəfindən təhdid olunduğunu bildirən həkim, səs yazılarında onu təhqir etdiyini, ləyaqətini alçaldan ifadələr işlətdiyini iddia edib.

Milli Onkologiya Mərkəzinin həkimi şikayətində Ülya Quliyeva tərəfindən şantaj olunduğunu bildirsə də, sonradan şikayətini geri çəkib. Bu səbəbdən məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA