İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı

img

03-03-2026 [13:00]


ABŞ və İsrailin fevralın 28-dən bəri İrana hücumu zamanı həlak olanların sayı açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti son məlumatı paylaşıb.

Məlumata görə, ABŞ-İsrail hücumlarında ölənlərin sayının son sutkada daha 232 artaraq 787-yə yüksəlib.

Məlumatda hücum zamanı xeyli mülki obyektlərin də zərər gördüyü bildirilib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA