"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
03-03-2026 [12:43]
Bakıda "Baksol" adlanan avtomobil yolunda şəhər sakini 27 yaşlı Cümşüd Cümşüdlünün düşərək öldüyü kanalzasiya xəttində çökmə 2025-ci ilin əvvəlində olsa da, may ayına qədər hər hansı bir tədbir görülməyib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən cinayət işi üzrə ittiham edilən Su Ehtiyatları Agentliyinin əməkdaşı Azər Cümşüdovun prosesində şahidlər deyiblər.
Şahid Səyyar Nuriyev bildirib ki, hadisə baş verən ərazidə tikinti materiallarının satışını həyata keçirən mağaza işlədir: "Orada 2025-ci ilin əvvəlindən çökmə olub, aidiyyatı qurumların qaynar xəttlərinə dəfələrlə məlumat vermişik, lakin tədbir görülməyib. Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü. Bizi ittiham edirlər ki, oraya qurulan məhəccərləri götürmüşük, lakin bu, absurd ittihamdır. Çöküntü baş verən gündən "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb".
Təqsirləndirilən Azər Cümşüdov deyib ki, onların çöküntü baş verən əraziyə qoyduqları məhəccərləri sahibkarlar götürüb: "Bizim işçilər sahibkarların məhəccərləri oradan götürdüklərinə şahid olublar".
Şahid Səyyar Nuriyev sualları cavablandırarkən söyləyib ki, hadisə baş verən ərazidən 70 metr kənarda əvvəl də çökmə olub.
Onun sözlərinə görə, Bakı Su Kanal İdarəsindən ərazinin boşaldılması ilə bağlı hər hansı bir məktub gəlməyib.
"İdarənin əməkdaşları məhəccərləri oraya quraşdıranda, onları yerə bərkitməmişdilər. Hadisədən əvvəl Azər Cümşüdovla görüşmüşdüm, o, mənə demişdi ki, hissə-hissə işləri yekunlaşdırırıq", - deyə o bildirib.
Təqsirləndirilən Azər Cümşüdov şahidi tanıdığını inkar edib, onunla bu məsələ ilə bağlı aralarında hər hansı bir dialoqun olmadığını söyləyib.
Prosesdə ifadə verən şahid Asim Həbibov da hadisə baş verən ərazidə tikinti materiallarının satışını və icarəsini həyata keçirən mağaza işlətdiyini söyləyib: "Həmin ərazidə 2025-ci ilin əvvəlindən çökmə olmuşdu, bir neçə dəfə "Azərsu"nun qaynar xəttinə zəng etdik, məhəl qoyan olmadı. Bu səbəbdən özümüzdə olan məhəccərləri oraya qoyduq ki, hər hansı bir bədbəxt hadisə baş verməsin. O, məhəccərləri icarəyə verib pul qazanırdım deyə bir müddətdən sonra oradan götürdüm. "Azərsu"nun məhəccərləri orada idi, lakin onlar yerə bərkidilməmişdi. Onların məhəccərlərini oradan biz götürməmişik".
Təqsirləndirilən Azər Cümşüdov şahid Asim Həbibovun ifadəsinə münasibət bildirərkən söyləyib ki, onun işi təmir-tikinti ilə bağlıdır, məhəccərlərin qoyulması onun səlahiyyətinə aid deyil:
"Şahid deyir, çökmə barədə qaynar xəttə məlumat veriblər, lakin qaynar xəttdən mənə məlumat verilməyib. Məndən də yuxarı rəislər var, onlara sual verin ki, niyə gec tədbir görüblər. 2025-ci ilin may ayının 14-də çökmə baş verən yeri məhəccərləmişik. İyun ayında rəhbərlik mənə deyib ki, təmir üçün material yoxdur, oradan uzaqlaş".
Proses martın 17-də davam edəcək.
Növbəti iclasda cinayət işi üzrə digər şahidlərin ifadə verəcəyi gözlənilir.
Qeyd edək ki, 2025-ci il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.
MİA.AZ
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb
Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi
DAHA BİR DÖVLƏT QURUMU AAYDA-da YOXLAMA APARIR
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Sabah hava necə olacaq? - Proqnoz
Tramp: "5 iranlı idmançıya sığınacaq verildi"
Müşfiq Abbasov azadlığa çıxıb
Əli Əsədov yeni qərar imzalayıb
Dövlət Məşğulluq Agentliyində kadr dəyişikliyi olub
İrandan indiyədək Azərbaycana 2 097 nəfər təxliyə olunub
"Trabzonspor"un baş məşqçisi: "Ən vacib şey qalib gəlmək idi"
Baş nazir deputatlara hesabat verəcək
Cəbrayıl komandasına yeni baş məşqçi təyin edildi
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Qəzzada daha bir jurnalist həlak olub
Şəkidı qadın dəm qazndan ölüb.
Prezident tapşırıq verdi, İrana yardım göndərildi - VİDEO
"Sayğaclara texniki baxış, oxunma, pul yığımı, sızma və fasiləsiz iş rejimi... - "Azəriqaz"da "qul əməyi" sistemi var
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək