Qurban Qurbanov APOEL-lə oyundan danışdı: "Diqqətli oynamalıyıq"

img

05-08-2019 [22:05]


"APOEL-in gücü hər kəsə məlumdur".

Mia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə APOEL-ə qarşı keçirəcəkləri ilk oyundan danışarkən deyib.

O bildirib ki, rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir: "Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik".

Qeyd edək ki, APOEL -"Qarabağ" matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR