"Sumqayıt" Türkiyə toplanışını başa vurub

img

02-08-2019 [15:35]


2019/2020 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-dən etibarən nkaranın Kızılcahamam bölgəsində yerləşən komanda Türkiyə hazırlığını bu gün səhər saatlarında keçirdiyi bərpa məşqi ilə yekunlaşdırıb.

Qeyd edək ki, "Sumqayıt" bu gecə saat 23:40-da paytaxt Ankaradan Bakıya yola düşəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 2 günlük istirahətin ardından 5 avqust tarixində Sumqayıtda çempionatın birinci turu üçün hazırlıqları bərpa edəcək. Hazırda Premyer Liqa təmsilçilərindən "Keşlə", "Zirə" və "Sabah" Türkiyədə toplanışdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR