Avropa Liqası: "Neftçi" "Arsenal”ı məğlub etdi - Komandamız növbəti mərhələdə

img

01-08-2019 [22:49]


UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən oyunda "Neftçi” Rusiyann "Arsenal” komandasını məğlub edib.

Mia.az xəbər verir ki, "Bakcell Arena”da təşkil olunan görüşün 49-cu dəqiqəsində "Neftçi"nin futbolçusu Rauf Əliyev komandasını hesabda önə çıxarıb - 1:0.

89-ci dəqiqədə isə komandamız penaltidən hesabı 2-yə çatdırıb.

90+3-də isə komandamız daha bir qol vurub - 3:0

Beləliklə, oyun bu hesabla başa çatıb və "Neftçi" növbəti mərhləyə vəsiqə qazanıb..

Onu da qeyd edək ki, bu komandalar arasında Tulada keçirilən ilk oyunda "Neftçi” 1:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR