"Onlar bura boşuna vaxt keçirməyə gəlməyiblər" - "Neftçi"nin baş məşqçisi

img

31-07-2019 [18:28]


Bu gün "Neftçi""Bakcell Arena"da Rusiyanın "Arsenal" komandası ilə saat 21:00-da cavab qarşılaçmasına çıxacaq.

Mia.az xəbər verir ki, oyunla bağlı mətbuat konfransı keçirən "Neftçi"nin baş məşqçisi Roberto Bordin bildirib ki, "Arsenal" güclü komandadır: "Bunu ilk görüşdə də nümayiş etdirdilər. Təslim olmadılar, sona qədər mübarizə apardılar. Ona görə də sona qədər diqqətli olmalıyıq. Konsentrasiyanı itirməməliyik. Əlbəttə, London və Tula "Arsenal"ını müqayisə etməzdim. Hər komandanın özəllikləri var. Tula təmsilçisi zəif deyil. Onlar bura boşuna vaxt keçirməyə gəlməyiblər. Niyyətləri sərfəli nəticə qazanmaqdır. İlk görüşdən sonra cüzi üstünlüyümüz var. Üstəlik, evdə oynayacağıq. Lakin ilk dəqiqədən sona qədər döyüşmək lazımdır".

İtaliyalı mütəxəssis bildirib ki, "Arsenal"ın avrokubok təcrübəsinin olmaması "Neftçi" üçün üstünlük deyil: "Təcrübə hər zaman vacibdir. "Arsenal"ın beynəlxalq təcrübəsi olmasa da, yaxşı oyunçu və baş məşqçi ilə Rusiya Premyer Liqasında "Zenit", "Spartak" kimi komandalara qarşı oynayır. Hazırda Azərbaycandan fərqli olaraq Rusiya Premyer Liqasının davam etməsi rəqib üçün üstünlük ola da bilər, olmaya da. Fiziki cəhətdən komanda formada olur, amma ardıcıl matçlar yorğunluq da yarada bilər. Bizim üstünlüyümüz futbolçuların istirahəti üçün vaxtımızın olmasıdır. Tulada oyundan qabaq qələbə qazancağımı deməmişdim. Əlbəttə, futbolçularıma inamım böyükdür".

Qeyd edək ki, "Neftçi" Tulada baş tutan ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR