Həbsdəki müsavatçı açlıq aksiyasını dayandırdı

img

31-07-2019 [13:18]


Penitensiar xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azad Həsənov aclıq aksiyasını dayandırıb.

Bunu Penitensiar xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. 

"Azad Həsənov vəkilinin yanında saxlandığı müəssisəsinin rəhbərinin adına ərizə yazaraq aclığı dayandırdığını bildirib", - deyə M.Sadıqov bildirib. 

Qeyd edək ki, A.Həsənov 2018-ci il oktyabrın 10-da Litvadan Azərbaycana qayıdıb və oktyabrın 11-də həbs ounub.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmək, emal etmək, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham edilir. 

A.Həsənov Müsavat Partiyasının üzvüdür/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA