“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR

img

10-03-2026 [12:57]


Martın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

Mia.az “AzPolitika”ya istinadla bildirir ki, təqdimat mərasimində Konfederasiyanın, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, deputatlar, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarından birinin verdiyi məlumata görə, açılışdan sonra komitənin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Videoçarxın uzun çəkməsi isə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovu əsəbləşdirib.

O, “bizi bura kinoya baxmağa çağırıblar?” deyərək təqdimat mərasimini tərk edib. Millət vəkilinin gözlənilməz hərəkəti təşkilatçıların təəssüfünə, digər iştirakçıların isə marağına səbəb olub.

Qeyd edək ki, mərasimdə 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən, yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA