"Məni ölümlə təhdid edirlər" - Deputatdan sensasion açıqlama

img

27-07-2019 [17:17]


"Məni ölümlə təhdid edənlərin kimliyini hüquq-mühafizə orqanlarının özləri araşdırıb, ortaya çıxarmalıdırlar".

Mia.az xəbər verir ki, bu sözləri sherq.az-a geniş müsahibəsində deputat Fazil Mustafa deyib. 

Millət vəkili bildirib ki, son günlər sosial şəbəkələrdə, xüsusən də feysbukda ona qarşı iyrənc kampaniya aparır, təhqir və təhdid edirlər:

"Bir ölkənin parlament üzvü ölümlə təhdid olunursa, aidiyyəti qurumlar araşdırmalıdır, bunların kim olduqlarını, nələrlə məşğul olduqlarını üzə çıxarmalıdırlar. Təəssüf ki, belə məsələlərlə bağlı yetərincə sağlam yanaşma yoxdur. Bu halda bizim müraciətimiz, tək hərəkət etməyimiz yetərincə effekt verməyəcək. Gərək hüquq-mühafizə orqanlarının özləri sosial şəbəkələrlə bağlı müəyyən addımlar atsınlar. Bu təhqir mafiyasını, saxta profil arxasında gizlənənləri tapmaq, şəxsiyyətini müəyyənləşdirmək elə də çətin deyil. Onların kimliyini müəyyənləşdirmək məncə problem deyil. Ciddi işləsələr, saxta şəbəkə üzvlərini üzə çıxarmaq mümkündür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA