Azərbaycan pomidorunda güvə çıxdı - Rusiya geri qaytardı

img

11-06-2019 [20:14]


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin əməkdaşları müvəqqəti saxlama anbarlarında karantin məhsullar aşkar ediblər.

Rusiya mətbuatının verdiyi məlumata görə, Azərbaycandan bu vilayətə ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidor gətirilib. Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Onun mövcudluğu həmçinin müxtəlif laborator ekspertizalarla da təsdiqini tapıb.

"Karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb", - deyə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin məlumatında qeyd olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA