Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq

img

07-06-2019 [14:03]


On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı başlayıb.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesi iyunun 11-dək davam edəcək.

Daha sonra millimiz iyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışı, ayın 13-də və 15-də adıçəkilən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA