Gürcü spikerdən Azərbaycanla mübahisəli sərhədlə bağlı mesaj: “Məsləhətləşmələr əsasında həll olunmalıdır”

img

04-06-2019 [19:11]


"Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”.

Bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dost ölkələr arasında bütün aktual məsələlər məhz konsultasiyalar yolu ilə həllini tapır.

Spiker hamını sərhədlə bağlı aparılan danışıqlar ətrafında şəxsi improvizasiyalardan çəkinməyə çağırıb: "Hər bir məsələ ölkələr arasındakı münasibətlər çərçivəsində həll olunmalıdır və həddindən artıq gərginlik bu prosesə mane ola bilər”. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA