Azərbaycanın məşhur rəqqasəsi erməni əsillidir?!- FOTOLAR

img

10-04-2014 [12:22]


Oksana Rəsulova ailəsi haqqında gəzən son söhbətlərə aydınlıq gətirib. 

Mia.az Mövqe.az-a istinadən xəbər verir ki, rəqqasənin azərbaycanlı olmadığı, hətta bəzən rus, erməni olduğu deyilsə də, R.Oksana deyilənləri təkzib edib. Ağabəyovlar nəslindən olduğunu iddia edən Oksana Rəsulova açıqlamasında bildirib: "Mənim gözəl valideynlərim var. Allah bütün analara və atalara can sağlığı, uzun ömür versin! Atam Eyvaz Şabran və anam Rəhnumə Salyan rayonundandı. Həyatımda Allahdan və həzrəti Məhəmməddən sonra ən dəyər verdiyim insanlar onlardı. Bəzilərinin nəzərinə çatdırmaq istəyirəm ki, baxmayaraq ki, adım Oksanadı, mən də bütün nəslim kimi sırf və təmizqanlı azərbaycanlıyam! Bir də açıqlayıram ki, mənim anam məşhur Ağabəyovlar nəslinin nümayəndəsidi! Bax belə. Bilməyənlər bilsin və artıq əskik danışmasınlar! "

Xatırladaq ki, keçən həftə prodüsser Tolik Oksana barədə belə danışıb : " Prodüsser Tolik Oksananı dünənki uşaq adlandırıb və açıqlamasında bildirib : " Fatiməyə baxanda Oksana uşaqdı. Amma mən Fatimənin yerində olsam, o rəqqasəyə cavab vermərəm. Ona cavab verdikcə özünü yuxarı təbəqədən sayır". 

Tolik hətta rəqqasəni erməni əsilli olduğu deyilən Natəvan Həbibiyə də bənzədib : " Oxşayıb da rəfiqəsi Natəvana. Restoranlarda oturmaqdan onun bunun torbasını tikməkdən yorulmurlar".

Rəqqasə Oksananın ailə şəkllərini də Mia.az Mövqe.az-a istinadən təqdim edir : 





Digər xəbərlər
SON XƏBƏRLƏR