Daha bir ingilis klubundan inanılmaz geri dönüş: "liverpul"un rəqibi bəlli oldu - VİDEO

img

09-05-2019 [09:15]


Çempionlar liqasının yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin daha bir təmsilçisi inanılmaz uğura imza atıb.

Mia.az xəbər verir ki, öz meydanında "Ayaks”a 0:1 hesabı ilə məğlub olan "Tottenhem” səfərdə 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Birinci hissə 2:0 hesabı ilə Amsterdam klubunun xeyrinə başa çatıb. İkinci hissədə təşəbbüsə yiyələnən London klubu 3 qol vurub.

Beləliklə, Çempionlar liqasının finalında iki İngiltərə klubu – "Liverpul” və "Tottenhem” qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR