Vüqar Bayramov radikalizimlə mübarizə ilə bağlı futbolçular bir arada: "Məqsədimiz..." - FOTO

img

08-05-2019 [10:51]


"Sumqayıt” Futbol klubunun üzvləri İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyi ilə reallaşan "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində 7 may 2019-cu il tarixində "Radikalzmə Yox”, "Bura Sənindir” şuarları ilə sport kamp keçiriblər. 

Mia.az xəbər verir ki, tədbrdə məqsəd radikalizmə və radikal qruplara qoşulmağa yox demək və eləcə də muktikulturializm ideyalarını dəstəkləməkdən ibarət olmuşdur.

Tədbirdə gənclər ilə müzakirələr aparan komanda üzvləri idmanın və təhsilin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşmüşlər. Gənclər idmanla məşğul olmağa təşviq edilmişdir.

CESD-nin sədri Vüqar Bayramov bildirib ki, bu görüş yalnız burada iştirak edən gənclər üçün eyni zamanda digər gənclərimiz üçün də mesajdır: "Məqsədimiz radikalizmə "yox" deməklə stabilliyi dəstəkləməkdir. Buna görə də, "Sumqayıt” Futbol klubunun  üzvlərinin dəstəyini xüsusi qiymətləndirilməlidir".

Daha sonra futbolçular ilə gənclər arasında müzakirələr təşkil edildi və futbol meydançasında idman kampı təşkil edildi.



Digər xəbərlər
SON XƏBƏRLƏR