AFFA-nın İntizam Komitəsi bir sıra klub və onların rəhbər şəxslərini, həmçinin furbolçularını cəzalandırıb.
Mia.az komitənin qərarlarını təqdim edir:
***
23 aprel 2019-cu il, 2018/2019 mövsümündə XXVII Azərbaycan kubokunun ½ mərhələsinin oyunu olan "Qəbələ” – "Qarabağ” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
23 aprel 2019-cu il, 2018/2019 mövsümündə XXVII Azərbaycan kubokunun ½ mərhələsinin oyunu olan "Sumqayıt” – "Zirə” matçı başa çatdıqdan sonra "Sumqayıt” klubunun mühafizəçi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunur (maddə 50). Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu cəza gözləyir.
27 aprel 2019-cu il, 2018/2019 mövsümündə XXVII Topaz Premyer Liqasının XXVI turunun "Sabah” – "Keşlə” matçında "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyun başa çatdıqdan sonra "Keşlə” klubunun futbolçusu Edvinas Girdvainis stadionun koridorundu pəncərəni əli ilə sındırmışdır. Stadiona dəymiş ziyan "Sabah” klubunun təqdim edəcəyi hesab əsasında "Keşlə” klubu tərəfindən ödənilsin (maddə 50.2).
27 aprel 2019-cu il, 2018/2019 mövsümündə XXVII Topaz Premyer Liqasının XXVI turunun "Zirə” – "Qarabağ” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
27 aprel 2019-cu il, 2018/2019 mövsümündə XXVII Topaz Premyer Liqasının XXVI turunun "Səbail” – "Qəbələ” matçında "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
26 aprel 2019-cu il, 2018/2019 mövsümündə I divizionun XXIV turunun "Ağsu” – "Sabah-2” matçında "Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 27-ci dəqiqəsində "Sabah-2” klubunun 88 №-li futbolçusu Elçin Əsədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).
26 aprel 2019-cu il, 2018/2019 mövsümündə I divizionun XXIV turunun "Sumqayıt-2” – "Turan Tovuz” matçının 83-cü dəqiqəsində "Turan Tovuz” klubunun 19 №-li futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
24 aprel 2019-cu il, Gənclər Liqaısının "Səbail” – "Sumqayıt” matçının 60-cı dəqiqəsində "Sumqayıt” klubunun 4 №-li futbolçusu Elçin Abbasov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1). Oyunun 60-cı dəqiqəsində "Sumqayıt” klubunun 10 №-li futbolçusu Cavidan Abbaszadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun 84-cü dəqiqəsində "Sumqayıt” klubunun 17 №-li futbolçusu Cəlal Cəbrayılov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
"Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.4).
28 aprel 2019-cu il, Bakcell U-17 Liqasının "Tufan” – "Mil-Muğan” matçının 57-ci dəqiqəsində "Tufan” klubunun 5 №-li futbolçusu Ramin Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
27 aprel 2019-cu il, Bakcell U-17 Liqasının "Neftçi” İK İB – "Sumqayıt” FK matçında "Sumqayıt” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 aprel 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Sumqayıt” – "Zirə” matçının 69-cu dəqiqəsində "Zirə” klubunun 4 №-li futbolçusu Asəf Əliyev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.1).
Oyun başa çatdıqdan sonra "Zirə” klubunun 11 №-li futbolçusu Murad Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırdığı üçün 3 oyun cəzalanır (maddə 42.3).
27 aprel 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Neftçi” PFK – "Zaqatala” FK matçında "Zaqatala” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
23 aprel 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Sabah” – "Qəbələ” matçının 41-ci dəqiqəsində "Sabah” klubunun 1 №-li futbolçusu Ayxan Qələndərli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
28 aprel 2019-cu il, U-16 Qızlar Liqasının "Fidan” (Bakı) – "Gömrükçü” FK (Bakı) matçının 54-cü dəqiqəsində "Fidan” klubunun 18 №-li futbolçusu Leyla Ağayeva hakimi təhqir etdiyinə görə 2 oyun cəzalanır (maddə 42.3).
27 aprel 2019-cu il, futzal üzrə Birinci Liqanın U-19 – "Ulduz” matçının 29-cu dəqiqəsində U-19-un 1 №-li futzalçısı Vladislav Reznov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
27 aprel 2019-cu il, futzal üzrə Birinci Liqanın "Füzuli” – "Sovetski” matçının 29-cu dəqiqəsində "Sovetski” klubunun 7 №-li futzalçısı Elman Verdizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
28 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın "Bədr FK Xocalı” – "Baker Tilly” matçının 7-ci dəqiqəsində "Baker Tilly” klubunun 1 №-li futzalçısı Rəşad Səttarzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
28 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın "Obolon” – "Borçalı” matçının 20-ci dəqiqəsində "Borçalı” klubunun 92 №-li futzalçısı Asif İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
28 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın "Rəvan” – "STAR karqo” matçının 26-cı dəqiqəsində "STAR karqo” klubunun 9 №-li futzalçısı Səbuhi Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
23 aprel 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Araz” – "Neftçi” matçının 16-cı dəqiqəsində "Neftçi” klubunun 10 №-li futzalçısı Rüfət Balakişiyev kobud oyuna görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
27 aprel 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Neftçi” – EKOL matçı başa çatandan sonra EKOL klubunun 99 №-li futzalçısı Emin Kürdov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
"Neftçi” klubunun futzalçısı Rüfət Balakişiyev tribunadan hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).