"Alanyaspor"lu futbolçular qəzaya düşdü - Çex futbolçu öldü

img

29-04-2019 [10:10]


Türkiyə superliqasında çıxış edən "Alanyaspor"lu futbolçular ötən gecə "Kayserispor"la qarşılaşmadan (1:1) dönərkən qəzaya düşüblər.

Mia.az TRT-yə istinadən xəbər verir ki, oyundan sonra klub futbolçulara 2 günlük istirahət verib. Lakin 7 futbolçu avtobusla geri dönmək istəyib.

Məlumata görə, futbolçular Alaniyaya az qalmış qəzaya düşüblər. Nəticədə daha ağır yaralanan və eyni zamanda Çexiya yığmasının futbolçusu Jozef Sural xəstəxanada vəfat edib. 

Digər 6 futbolçunun durumunun isə yaxşı olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR