Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

img

26-04-2019 [11:14]


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul edib. 

Bunu AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə həsr olunmuş mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, qurumun rəhbərliyi bu il martın 15-də faiz də dəhlizi parametrlərinin azaldılması haqda qərar qəbul edib. Qərara əsasən, uçot dərəcəsi 9,25%-dən 9%-ə, faiz dəhlizinin yuxarı həddi 11,25%-dən 11%-ə, aşağı həddi isə 7,25%-dən 7%-ə (±2%-lik simmetrik diapazonda) endirilib. 

AMB faizlərə növbəti dəfə bu il iyunun 7-də baxacaq/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA