Neft Fondunda büdcənin icrası ilə bağlı yoxlama...

img

25-04-2019 [10:07]


Aprelin 24-də Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib. 

Mia.az Palataya istinadən xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbiri üzrə Auditor Hesabatı və Rəy müzakirə olunub: 

- Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və idarəetməyə verilməsinin təhlilinə dair;

- Azərbaycan Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata dair.

Auditor hesabatı və Rəy barədə müvafiq qərar qəbul olunub, qərarını icrasını təmin etmək məqsədilə onun aidiyyəti qurumlara göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb. 

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA