Nəsimi və Yasamalda dövlət əmlakları özəlləşdirildi

img

23-04-2019 [18:28]


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Mia.az Komitəyə istinadən xəbər verir ki, hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirilib.

Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektindəki obyektin ümumi faydalı sahəsi 23.3 kv.m-dir.

Dülgər sexi kimi fəaliyyət göstərən müəssisə üzrə sifarişi investor elektron formada verib. Hərrac iştirakçısı bu dövlət əmlakını 12 min 500 manata özəlləşdirib.

Özəlləşdirilən qeyri-yaşayış sahəsi paytaxtda yerləşir.

 Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki bu dövlət əmlakının ümumi faydalı sahəsi 101.5 kv.m-dir. Hərracda iştirak edən vətəndaş obyekti 20 min manata özəlləşdirib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 aprel tarixində keçiriləcək.

Özəlləşdirmə hərracına ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA