22-04-2019 [17:00]
Sadələşdirilmiş verginin dərəcəsi 2 dəfəyədək aşağı salındı.
Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a məlumat verilib. Verilən məlumata görə, bu vergini tətbiq etmək hüququ məhdudlaşdırılmış və gəlir (mənfəət) vergisi rejiminə keçmiş vergi ödəyicilərinə isə güzəştlər tətbiq edildi. Sadələşdirilmiş verginin əhatə dairəsinin dəqiqləşdirilməsi bu verginin mahiyyəti üzrə tətbiq edilməsini, kiçik sahibkarlar arasında uçotun aparılması mədəniyyətinin formalaşdırılmasını şərtləndirdi.
Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş şəxslər uçot sistemini qurduqları halda daha aşağı vergi yükünə nail ola bildilər.
Bəzən əvvəlki vergi rejimi ilə hazırkı vergi rejiminin müqayisəsi verilərkən yanlış şərhlərə yol verilir.
Bu cür şərhlərin bəzilərinə aydınlıq gətirmək istərdik.
Bunlardan biri - sadələşdirilmiş verginin hazırkı dərəcəsi (2%) ilə gəlir vergisi üzrə dərəcələrin (20% və ya 5%) müqayisə edilməsidir və vergi yükünün artdığı iddia edilir.
Bu, vergi rejiminin tətbiqi xüsusiyyətlərindən xəbərdar olmamağın nəticəsidir. 2019-cu ilin 1 yanvar tarixinə qədər sadələşdirilmiş vergi mükəlləfiyyətində olan vergi ödəyicisi heç bir xərc nəzərə alınmadan ümumi hasilatından (dövriyyəsindən) Bakı şəhərində 4% vergi ödəyirdi.
Dəyişiklikdən sonra gəlir vergisi mükəlləfiyyətini seçən sahibkar öz xərclərini rəsmiləşdirmək və onları gəlirindən çıxmaqla vergi yükünü aşağı salmaq imkanı əldə edib.
Belə ki, sahibkarların böyük əksəriyyətini təşkil edən mikro sahibkarlıq subyektlərinə gəlir vergisindən 75 faiz güzəşt hüququ verilib.
Üstəgəl qeyri-neft sektorunun özəl bölməsində sektor əməkhaqqı üzrə 8.000 manatadək gəlirlər vergidən tam azad edildiyinə görə, kiçik sahibkar vergi yükünü əhəmiyyətli şəkildə aşağı salmış olub.
Vergi yükünün necə dəyişməsinə kiçik bir misalda baxmaq olar: Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120.000 manatdır.
O, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib.
Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.
Dəyişiklikdən əvvəlki vergi hesablaması aşağıdakı qaydada idi:
- Sadələşdirilmiş vergi: 120.000 (illik gəlir) * 4% (sadələşdirilmiş vergi dərəcəsi) = 4.800,0 manat
- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2.197,4 manat
- Cəmi: 4800,0 + 2197,4 = 6997,4 manat
Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:
- Gəlir vergisi: (120.000 (illik gəlir) – 108.000,0 (illik xərc))*20%*25% (mikro sahibkarlara təqdim edilən 75%-lik güzəşt) = 600,0 manat
- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat
- Cəmi: 600,0 + 0,0 = 600,0 manat
Beləliklə, dəyişiklikdən əvvəl vergi yükü 6.997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600,0 manat olub ki, bu da nəticədə sahibkarın illik vergi yükünün 6.397,4 manat azalması deməkdir.
Diqqət çəkmək istədiyimiz digər bir məsələ vergi və sosial sığorta hesabatlarının təqdim edilməsi ilə bağlıdır. Bəzi hallarda hesabatların təqdim edilməsinin mürəkkəbləşdiyi bildirilir.
Məlum olduğu kimi, 2019-cu ildən başlayaraq sosial vergi yığımlarının Vergilər Nazirliyi tərəfindən həyata keçirilməsi vergi hesabatlarının təqdim edilməsi prosesində də yeniliklərlə müşayiət olunub.
Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması
və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və "İşsizlik sığortası üzrə rüblük hesabat"ın yeni formaları,
onların tərtib olunması qaydaları təsdiq edilib. 2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub. Kağız hesabatlarla yanaşı, sosial sığorta üzrə hesabatların elektron şəkildə təqdim edilməsi imkanı yaradılıb.
Bu zaman fiziki şəxslər üçün "Asan imza”ya malik olmaq məcburi deyil. Vergi ödəyicisi bəyannamələri elektron şəkildə göndərdiyi kimi, sosial hesabatları da eyni qaydada təqdim edə bilər. Sosial hesabatların hazırlanması sadə elektron qutulardan istifadə qədər asan və rahatdır.
İşçisi olmayan sahibkar cəmi 4-5 klikdən istifadə etməklə hesabatı tamamlayaraq təqdim edə bilir. Digər sahibkarlar üçün də bu proses əvvəlkinə nisbətən xeyli asanlaşdırılıb.
Vergi və sosial ödəmələr isə elektronlaşdırılıb ki, bu proses də sahibkarın cəmi bir neçə dəqiqəsini ala bilər. Bununla yanaşı, hesabatların optimallaşdırılması və daha da sadələşdirilməsi istiqamətində davamlı tədbirlər görülməkdədir.
Ümumiyyətlə, aparılan təhlillər göstərir ki, vergi orqanlarına təqdim olunan bəyannamələrin və hesabatların böyük əksəriyyəti elektron şəkildə göndərilir.
ƏDV ödəyiciləri, o cümlədən orta sahibkarlıq subyektləri üzrə bu göstəricilər 95 faiz üzərindədir. Vergi hesabatlarının təqdim olunması üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə, əsasən, mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan ödəyicilər müraciət edirlər.
Təəssüf ki, bir çox hallarda ödəyicilər bəyannamə və hesabatları son günə qədər saxlayır və bu, bəyannamələrin təqdimetmə müddətinin sonunda xidmət mərkəzlərində sıxlığa gətirib çıxarır.
Vergi bəyannamələrinin və hesabatlarının elektron təqdim edilməsi mürəkkəb proses deyil, Vergilər Nazirliyinin hazırladığı video-təlimatlara baxan hər kəs bunu asanlıqla mənimsəyə bilər. Buna görə də sahibkarlar bu mərkəzlərə getmədən də elektron qaydada hesabatlarını verə bilərlər.
Vergi qanunvericiliyi kiçik sahibkarlar üçün kifayət qədər aydın və rahat şərtlər müəyyən edib. 2019-cu ildən gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarların dividendləri vergilərdən azad edilib, onlara sürətli amortizasiya normaları tətbiq etmək imkanı yaradılıb.
Mikro sahibkarlıq subyektləri əmlak vergisindən tam həcmdə azad olunub.
Müəyyənləşdirilmiş güzəştlər sistemi kiçik sahibkara daha əlverişli mühitdə çalışmaq, öz gəlirlərini artırmaq və reinvestisiya etmək imkanları yaradıb.
Volkan Dəmirəl Super Liqaya geri dönür
Yaponiyada ayı marketə girdi, 2 nəfəri yaraladı
Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib
Qəzzada hələ də döyüş gedir - Daha 10 nəfər ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
4 kanala rəsmi xəbərdarlıq verildi, iki kanalın yayımı müvəqqəti dayandırıldı - Şuradan qərarlar
İsrailli nazir "Əl-Əqsa" məscidinə girib: "Dua edəcəyəm"
Paşinyan Belçikaya gedir
Ceyhun Bayramov İspaniya dövlət katibini qəbul edib
Daha yeddi bələdiyyə sədri Ərdoğanın partiyasına qatılıb - Siyahı
Səbinə Əliyeva Ukraynanın İnsan Hüquqları üzrə müvəkkili ilə görüşüb
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı
Onlayn qumar şəbəkələri ifşa olundu - VİDEO
Kimya üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
Gəncədə məktəbli oğlan qətlə yetirilib
Aparıcı Rövşanə Ağasəfqızı yeni kanalda işə başlayıb
Tolik şikayət etdi - Tiktoker 10 sutkalıq həbs olundu
TDT-yə üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
Azərbaycanla Oman arasında Birbaşa İnvestisiya Fondu yaradıldı - Mikayıl Cabbarovdan açıqlama
Xanyurdu kəndinə növbəti köç olub
Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
"Nazirin bu sahəyə aidiyyəti yoxdur, müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssis, o biri politoloq..." - Sərt açıqlamalar
DÇ-2026: millimizin oyununu norveçli hakim idarə edəcək
"Qalatasaray"ın futbolçusuna indidən 4 komanda "elçi düşüb" - 60 milyon avro şərti var
Əli Əsədov daha bir qərar imzalayıb
Sabah hava necə olacaq? - Proqnoz
Əli Əsədov bu rayonla bağlı qərar imzalayıb
Super Liqada istefa - Bu dəfə Klub prezidenti postundan ayrılıb
Binəqədidə magistal yolda xəndək açıblar, qurumlar məsuliyyəti boyunlarından atır - Günahkar kimdir axı? (VİDEO)
General Raul Zeynalovun bir milyonu: necə ələ keçirilib? - Sensasion məlumat yayıldı
Leyla Əliyeva Londonda Xəzərdə suyun səviyyəsinin azalmasına diqqət çəkdi: "...bu, vəziyyəti daha da ağırlaşdırır" - FOTOLAR
Xorvatiya parlamentinin sədri Azərbaycanda - FOTOLAR
Ali Məhkəmədə iclas - Plenum qərarlarında dəyişiklik edilib
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Əmək müqavilələri artıq "mygov" platformasında imzalana bilinəcək
Məşhur rəssamın əsərləri satışa çıxarıldı - İctimai televiziyaya dəstək məqsədi ilə
Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Meyxanaçı Orxan Lökbatanlı 250 min manata maşın aldı - VİDEO
Qarabağdan sonrakı dövrün strateji problemləri…