20-04-2019 [00:08]
Qoç - pis zaman deyil. Günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın.
İşdə aktiv olun, işgüzar insan olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın.
Axşam saatlarını açıq havada keçirin.
Buğa - Tələsməyin. Günün ilk yarısından effektiv hesab etməyə çalışın. Ən müxtəlif sahələrdə fəaliyyət üçün əlverişli zamandır. Sizə inanan insanların etimadını doğruldun.
Bilik və bacarıqlarınızı göstərin. Yaxın ətrafınızdakı insanlar mənəvi dəstək və maddi yardım istəyi ilə sizə müraciət edəcəklər.
Günün ikinci yarısında qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün izafi çalışmağa ehtiyac yoxdur. Təbii davranmaq yetər. Kiməsə bənzəməyə can atmayın.
Əkizlər - rutin işləri yarımçıq qoymayın. Yeni məlumatlar və ya informasiyalar əldə etməyə çalışın. Danışıqların aparılması, müqavilələrin və anlaşmaların imzalanması üçün əlverişli zamandır. Əsas məsələ bütün riskləri hesablamaq, avantüralara qatılmamaqdır. Yeni layihəni reallaşdırmağa tələsməyin.
Günün ikinci yarısında ailə üzvlərindən biri sizdən inciyəcək. Maliyyə məsələsi ilə bağlı anlaşılmazlıq, hətta ittihamlar istisna deyil. Səbrli olun, təmkinli davranın.
Emosional qərar ağır fəsadlar verə bilər.
Xərçəng - sizin üçün yeni sahədə nabələd insan kimi davranmayın. Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırmağa çalışın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac var. Məhsuldarlığı artırın.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş olsanız, münasibətlər inkişaf edəcək. İdmanla məşğul olmaq üçün pis zaman deyil.
Axşam saatlarında maraqlandığınız işlə məşğul ola bilərsiniz.
Şir - ünsiyyət və sosial fəallığın bol olacağı gündür. Nikbin, şən olun. Ən ağır, rutin, darıxdırıcı işlər belə sizi ruhdan salmamalıdır. Maliyyə əməliyyatlarında, xüsusilə də sərmayə yatıranda və ya kiməsə pul verəndə sayıq davranın.
Yaxın gələcəklə bağlı planları günün ikinci yarısında hazırlamaq, nəzərdən keçirmək olar. Uzaq yola çıxırsınızsa, yaxşı hazırlıq görün. Rəqibləri və bədxahları üstələmək imkanları var.
Axşam saatlarında romantik görüş istisna deyil.
Qız - qarışıq, laübəli, çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Ehtiyatlı olun, rəqiblər fəallaşıblar. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.
Tərəzi - praktiki məsələlərin həlli üçün münasib zamandır. Daşınmaz əmlakla bağlı problem yaranıbsa, onun çözümünü sabaha ertələyin. Aktiv müdaxilə tələb edən situasiya yaranacaq. Fəqət, narahat olmayın. İntellektual potensialınız yüksəkdir.
Günün ikinci yarısında qarşınıza çıxan səddi dəf etmək üçün standart olmayan metodu seçin. Ailədə münasibətlərdə harmoniyaya nail olmaq üçün güzəştlərə meylli davranmaq gərəkdir. Axşam saatlarında birgə əyləncəyə və ya gəzintiyə yollanmaq olar.
Əqrəb - intellektual və ya yaradıcı fəaliyyətlə məşğul olanlar üçün pis zaman deyil. Gəlirlərin artırılması, maddi məsələlərin uğurlu həlli mümkündür. İşlə bağlı çoxlu səfərlər etməli olacaqsınız. Yolda diqqətli davranın.
Günün ikinci yarısında qohumlarla ünsiyyət zamanı alicənab davranın. Sizi çoxdan bəri narahat edən problemi müzakirə etmək olar. Yeni əlaqələrdə qarşı tərəfə bələd olmağa çalışın. Romantik tanışlıqlar isə gözlənilən nəticələri verməyəcək.
Oxatan - cari problemlərin həlli ilə məşğul olun. Maliyyə məsələlərini vaxtında həll edin. Ailə büdcəsinin planlaşdırılmasında səlis qərarlar qəbul edin. Ünsiyyət zamanı maraqlarınızın təminatına önəm verin. İşdə statusunuzu artırın. Zərurət yaranarsa, rəhbərliklə də danışıqlar aparın.
Günün ikinci yarısında boş söhbətlərə, dedi-qodulara qatılmayın. Yerinə yetirəcəyinizə əmin olmadığınız vədlər verməyin.
Yaxınlarınızla münasibətlərdə gərginliyin yaranması istisna deyil. Sözlərinizə fikir verin, iradlar və tənqidlərə əl atmayın.
Axşam saatlarını sakit ortamda keçirin.
Oğlaq - yaşam potensialınızın səviyyəsi yüksəkdir. İradəli və qətiyyətli olun. İntuisiyanız güclənəcək. Verbal olaraq informasiyalar alacaqsınız. Kommersiya fəaliyyəti üçün yaxşı zamandır. Vədləri və öhdəlikləri unutmayın.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik şəxslə təmasları aktivləşdirin. Saatlar keçdtikcə ailədə problemlər, yaxınlarınızdan birinin səhhətində problemlər istisna deyil.
Əlavə işlərə və qayğılara hazır olun. Eqoistcəsinə davranmayın.
Dolça - yeni ideyalar və innovasiyaların tətbiqi üçün əlverişli zamandır. Köhnə problemlərdən birini həll edə bilərsiniz. Çətinlikləri aradan qaldırmaq üçün orijinal metodlardan istifadə edin.
Tənhalığa, tərki-dünyalığa, fatalizmə meylli olmayın.
Günün ikinci yarısında intuisiyanıza güvənin. Qanunsuz əməl törətməyin. Yaxşı bələd olmadığınız insanlardan uzaq durun.
Axşam saatlarını yaxın dostlarla keçirmək olar. Rasionunuza fikir verin. Qida zəhərlənməsi riski var.
Balıqlar - fəaliyyət sahənizlə bağlı önəmli qərarlar qəbul etmək üçün əlverişli gündür. Yeni tanışlıqlar, mühüm danışıqlar ola bilər. Yeni dostluq əlaqələri yaranacaq. Qəfil hədiyyə və ya gəlir istisna deyil. Yaxın ətrafınızdakı insanlara təsiriniz artacaq.
Günün ikinci yarısında eqoist olmayın. Dəyər verdiyiniz insanlardan birindən sui-istifadə etməyin.
Axşam saatlarını tanışlar və həmfikirlərlə keçirə bilərsiniz. Subaysınızsa, konsertə və ya kluba yollanın. Normal istirahət edin (Milli.az).
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Yeni nazirdən növbəti dəyişiklik - İdarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb