Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı - Qanun imzalandı

img

18-04-2019 [20:38]


Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Mia.az xəbər verir ki, qanunda aşağıdakı dəyişiklilər edilir:

1. 164.1.27-ci maddədə "3” rəqəmi "4” rəqəmi ilə əvəz edilsin;

2. 164.1.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.43-cü maddə əlavə edilsin:

"164.1.43. kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə.”.

Bu dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il,yəni 2020-ci ildə də vergidən azad olunacaq. Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA