Problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı dərc olunacaq

img

12-04-2019 [17:38]


Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 15-dən sonra problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını dərc edəcək.

Palatadan Mia.az-a verilən məlumata görə, siyahı qurumun rəsmi saytında yerləşdiriləcək:

"Bundan başqa, problemli kreditlərlə bağlı məlumatlar kreditlərin alındığı müvafiq banklara ötürüləcək".

Qeyd edək ki, fevralın 28-də Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq "10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Sənəd 800 min nəfəri əhatə edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA