Rövnəq Abdullayev ABŞ-ın yeni səfiri ilə görüşdü - FOTO

img

10-04-2019 [18:07]


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Örl Litzenberqerlə görüşüb.

SOCAR-dan Mia.az-a verilən məlumata görə, SOCAR prezidenti səfiri yeni təyinatı münasibəti ilə təbrik edib, şirkətin fəaliyyəti, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində rolu, Cənub Qaz dəhlizi layihəsinin gedişi haqqında məlumat verib.

Səfir Örl Litzenberqer Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib. O, Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri hesab etdiyini vurğulayaraq Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA