90 milyon manat vəsait hara xərclənib? - Deputat səmərəsiz xərclənmədən danışdı

img

09-04-2019 [14:17]


Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib.

Bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, dövlət büdcəsinə bərpa edilən vəsaitlərin yaranma mənbələri üzrə strukturda vergi və s. ödəmələr 38,4%, digər istiqamətlər 19,8%, tikinti xərcləri üzrə 17,4%, satınalmalar üzrə xərclər isə 10,7% təşkil edib: "Hesabat ilində bərpa edilmiş vəsaitin 33,5%-i büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub”.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA