AFFA bir sıra klub, onların rəhbərliyi və futbolçulara cəza kəsdi - Təfərrüat

img

03-04-2019 [14:16]


AFFA-nın İntizam Komitəsi bir sıra klub, onların rəhbərliyi və futbolçularına cəza kəsib.

Mia.az həmnin qərarları təqdim edir: 

30 mart 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXII turunun "Zirə” – "Səbail” matçında  "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunur (maddə 61.4).
 
30 mart 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXII turunun "Qəbələ” – "Sabah” matçının 90+1-ci dəqiqəsində "Sabah” klubunun 5 №-li futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
1 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXII turunun "Sumqayıt” – "Qarabağ” matçının 84-cü dəqiqəsində "Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur (maddə 52).
29 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XX turunun "Zirə-2” – "Sabah-2” matçının 37-ci dəqiqəsində "Zirə-2” klubunun 7 №-li futbolçusu Pərdis Fərcad Azad ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
28 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XX turunun "Səbail-2” – "Neftçi-2” matçında "Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
28 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XX turunun "Sumqayıt-2” – "Zaqatala” matçında "Sumqayıt-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 39-cu dəqiqəsində "Sumqayıt-2” klubunun 25 №-li futbolçusu Baxşəli Baxşəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
28 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XX turunun "Şüvəlan” – "Qaradağ Lökbatan” matçında "Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
30 mart 2019-cu il, Region Liqasının "Baku” FC – "Füzuli” matçının 90+4-cü dəqiqəsində "Füzuli” klubunun 8 №-li futbolçusu Zeynalabdin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
30 mart 2019-cu il, Bakcell U-17 Liqasının "Zirə” – "Xəzər Lənkəran” matçının 21-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 42 №-li futbolçusu Fərid Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).          28 mart 2019-cu il, U-16 Liqasının "Neftçi” PFK – "Gəncə” TİM matçında "Neftçi” PFK klubunun baş məşqiçisi Mirbağır İsayev hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.4).
30 mart 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Neftçi” İK İB – "Xilə” matçının 39-cu dəqiqəsində "Xilə” klubunun 11 №-li futbolçusu Pərvin Hüseynov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
30 mart 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Zaqatala” – "İsgəndər Cavadov” BFA matçının 70+3-cü dəqiqəsində "Zaqatala” klubunun 10 №-li futbolçusu Rəvan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
30 mart 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Səbail” – "Zirə” matçının 68-ci dəqiqəsində "Zirə” klubunun 9 №-li futbolçusu Cavidan Bilalzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
17 mart 2019-cu il, Kapital Bank U-14 Liqasının "Sabah” – "Neftçi” matçının 35-ci dəqiqəsində "Sabah” klubunun 4 №-li futbolçusu Əli Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 mart 2019-cu il, Kapital Bank U-14 Liqasının UGİŞM-1 (Sumqayıt) – UGİM (Şabran) matçının 56-cı dəqiqəsində UGİŞM-1 klubunun 5 №-li futbolçusu Eltac Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
26 mart 2019-cu il, Kapital Bank U-14 Liqasının UGİM (Siyəzən) – Araz Bakı UFK matçında "Araz Baku” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
29 mart 2019-cu il, Coca-Cola – 13 Liqasının "Turan Tovuz” – "Gəncə” TİM matçının 46-cı dəqiqəsində "Gəncə” TİM klubunun məşqiçisi İntiqam Səmədov hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.4).
24 mart 2019-cu il, Coca-Cola – 13 Liqasının, "Məhsul” (Cəlilabad) – "Xəzər Lənkəran” matçında "Xəzər Lənkəran” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
16 mart 2019-cu il, U-12 Liqasının UGİM (Ağdam) – "Gənclik” (Şəki) matçının 21-ci dəqiqəsində "Gənclik” klubunun 1 №-li futbolçusu Sabir Kərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
26 mart 2019-cu il, U-16 Qızlar Liqasının "Gənclik” (Şəki) – İOEUGİM (Bakı) matçının 61-ci dəqiqəsində "Gənclik” klubunun 8 №-li futbolçusu Fəridə Abdulmənəfova rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalanır (maddə 42.1).
Oyunun 61-ci dəqiqəsində İOEUGİM klubunun 8 №-li futbolçusu Rübabə Atakişizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
30 mart 2019-cu il, Yüksək Qızlar Liqasının, "Veqa” (Bakı) – "Uğur” (Sumqayıt) matçında "Veqa” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 mart 2019-cu il, futzal üzrə Yüksək Liqasının Araz – Yasamal MFK matçında "Yasamal” MFK komandası iştirak etmədiyinə  görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Bu hal 3-cü dəfə təkrarlandığına görə klub yarışlardan kənarlaşdırılır.
2 aprel 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – "Xəzər Cənub” matçının 18-ci dəqiqəsində "Xəzər Cənub” klubunun 7 №-li futzalçısı Hadı Rezvan ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyunun protokoluna baxdıqda futzalçının oyun ərzində iki sarı vərəqə almadığı müəyyən olunmuşdur. Futzalçıya göstərilən sarı vərəqənin birinci olmasını və oyunun hakiminin İntizam Komitəsinə raport yazaraq yanlışlığa yol verdiyini etiraf etdiyinə görə futzalçıya göstərilən qırmızı vərəqə İntizam Komitəsi tərəfindən  ləğv olunur.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR