Pərviz Şahbazov Peter Syartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - Müzakirə

img

29-03-2019 [15:26]


Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Syartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, nazir Macarıstanın xarici işlər və ticarət naziri ilə ötən il  Moskvada "Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində baş tutmuş görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini  xatırladıb və bu səfərin isə yeni imkanlar yaratdığını qeyd edib.  

Macarıstanın enerji təchizatının mövcud vəziyyəti, qaza olan tələbatı  barədə məlumat verən Peter Syarto qaz bazarının diversifikasiyası ilə bağlı planlardan danışıb. Macarıstanın gələcəkdə "Cənub Qaz Dəhlizi" layihəsində  iştirakda  maraqlı olduğunu qeyd edib.  

Görüşdə "Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, genişləndirilmə perspektivləri,  növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması imkanları və işlənmədə olan qaz yataqları barədə məlumatlar  diqqətə çatdırılıb.

Enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq işçi qrupunun yaradılması təklif edilib. 

Söhbət zamanı Azərbaycanla Macarıstan arasında əməkdaşlığın digər istiqamətləri, eləcə də regional enerji təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA