26-03-2019 [10:42]
Ötən gün sosial şəbəkədə Bakı Şəhər İcra Hakimiyyətində və tabeli qurumlarda çalışanların martın 26-da qeyri-iş günündə işə çağırılmaları ilə bağlı məlumat yayılmışdı.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar ölkədə elan olunmuş 7 qeyri-iş günləri ərzində Bakı Şəhər İcra Hakimiyyəti, onun struktur bölmələri, paytaxtın təsərrüfat və xidmət sahələrin işçiləri xüsusi iş rejimində çalışıblar:
"Bildiyiniz kimi bayram günlərində Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların təşkilatçılığı ilə paytaxtda və onun rayonlarında kütləvi bayram tədbirləri, müxtəlif konsert proqramları, bayram yarmarkaları təşkil olunmuş, bu il mərkəz yerlərlə yanaşı bir sıra qəsəbə və məhəllələrdə də bayram şənlikləri keçirilib. Bayram şənlikləri və kütləvi tədbirlərin təşkili, şəhərin sanitar təmizliyinin yüksək səviyyədə saxlanılması, istirahət günlərində sakinlərimiz və qonaqlarımızı narahat edə biləcək hər hansı neqativ halların qarşısının dərhal alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın məsul nümayəndələri, eyni zamanda paytaxt rayonlarının icra hakimiyyətlərinin aparatları, şəhərin təsərrüfat və digər xidmət sahələrinin işçiləri öz iş yerlərində birbaşa vəzifə borclarını yerinə yetiriblər və bu təbii bir haldır".
Meriyadan bildirilib ki, Novruz bayramı günlərində paytaxtdakı bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunub, sakinləri narahat edə biləcək problemlərin qarşısı alınıb.
Bayram günlərində iş yerində öz xidməti vəzifələrini həyata keçirən əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə istirahət günləri veriləcək və onların mükafatlandırılması məsələsinə baxılacaq : "Bununla əlaqədar hansısa bir şəxsin narazılıq nümayış etdirməsi və bunun mətbuatda yayılması bizdə təəccüb doğurur".
Hadrutun işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Gəncədə məktəbli oğlan qətlə yetirilib (Yenilənib)
Volkan Dəmirəl Super Liqaya geri dönür
Yaponiyada ayı marketə girdi, 2 nəfəri yaraladı
Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib
Qəzzada hələ də döyüş gedir - Daha 10 nəfər ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
4 kanala rəsmi xəbərdarlıq verildi, iki kanalın yayımı müvəqqəti dayandırıldı - Şuradan qərarlar
İsrailli nazir "Əl-Əqsa" məscidinə girib: "Dua edəcəyəm"
Paşinyan Belçikaya gedir
Ceyhun Bayramov İspaniya dövlət katibini qəbul edib
Daha yeddi bələdiyyə sədri Ərdoğanın partiyasına qatılıb - Siyahı
Səbinə Əliyeva Ukraynanın İnsan Hüquqları üzrə müvəkkili ilə görüşüb
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı
Onlayn qumar şəbəkələri ifşa olundu - VİDEO
Kimya üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
Aparıcı Rövşanə Ağasəfqızı yeni kanalda işə başlayıb
Tolik şikayət etdi - Tiktoker 10 sutkalıq həbs olundu
TDT-yə üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
Azərbaycanla Oman arasında Birbaşa İnvestisiya Fondu yaradıldı - Mikayıl Cabbarovdan açıqlama
Xanyurdu kəndinə növbəti köç olub
Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
"Nazirin bu sahəyə aidiyyəti yoxdur, müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssis, o biri politoloq..." - Sərt açıqlamalar
DÇ-2026: millimizin oyununu norveçli hakim idarə edəcək
"Qalatasaray"ın futbolçusuna indidən 4 komanda "elçi düşüb" - 60 milyon avro şərti var
Əli Əsədov daha bir qərar imzalayıb
Sabah hava necə olacaq? - Proqnoz
Əli Əsədov bu rayonla bağlı qərar imzalayıb
Super Liqada istefa - Bu dəfə Klub prezidenti postundan ayrılıb
Binəqədidə magistal yolda xəndək açıblar, qurumlar məsuliyyəti boyunlarından atır - Günahkar kimdir axı? (VİDEO)
General Raul Zeynalovun bir milyonu: necə ələ keçirilib? - Sensasion məlumat yayıldı
Leyla Əliyeva Londonda Xəzərdə suyun səviyyəsinin azalmasına diqqət çəkdi: "...bu, vəziyyəti daha da ağırlaşdırır" - FOTOLAR
Xorvatiya parlamentinin sədri Azərbaycanda - FOTOLAR
Ali Məhkəmədə iclas - Plenum qərarlarında dəyişiklik edilib
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Əmək müqavilələri artıq "mygov" platformasında imzalana bilinəcək