“Azersun Holding”in rəhbəri şikayətləndi: “Əgər bazara xarici rəqib gəlsə, biz nokaut olarıq”

img

16-03-2019 [18:11]


"Açığını etiraf edim ki, "Azersun Holding”in gəlirləri azalıb.

Bunu media nümayəndələri ilə görüşündə holdinqin sədri Abdoolbari Goozal bildirib.

 İş adamı qeyd edib ki, gəlirlərin azalması rəsmi işləmələri ilə bağlıdır: "Bir sıra rəqiblərin qeyri-rəsmi işləmələri ilə bağlı olaraq bazarda haqsız rəqabət var. Biz bu barədə Vergilər Nazirliyinə müraciət etmişik”.

Abdolbari Goozal əlavə edib ki, istehsalda yerli rəqibimizin olmaması bizi bir qədər təmbəlləşdirir: "Əgər bazara xarici rəqib gəlsə, biz nokaut olarıq”.

"Marja”

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA