Sergey Lavrov Türkiyəyə gedir

img

15-03-2019 [18:54]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata əsasən, S.Lavrovun səfəri martın 18-də baş tutacaq. Rusiyalı nazir səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Görüş Antalyada Türkiyə-Rusiya Strateji Planlaşdırma Qrupunun birgə müşavirəsi çərçivəsində keçiriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR