Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
06-05-2024 [10:10]
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:
– Qüdrət bəy, ABŞ-də Nümayəndələr Palatasının üzvü Henri Kueylerin Azərbaycana məxsus neft şirkətindən rüşvət almasına dair yayılan xəbərlərə münasibətinizi bilmək istərdik…
– Çox təəssüf ki, xaricə ölkələrdə sığınacaq tapmış bəzi şəxslər bunu dərhal Azərbaycan hökuməti ilə bağlamağa çalışdı. Halbuki, elan olunmuş ittihamlar öz təsdiqini məhkəmə qərarı ilə tapmalıdır. İkincisi, ABŞ-də lobbi fəaliyyətinə icazə verilir. Məsələn, ABŞ-də 2023-cü ildə 18874 adam ya odlu silahla öldürülüb, ya da silahla özünü vurub. 38357 nəfər isə odlu silahdan açılan atəşlə yaralanıb. Onların 6192 nəfəri 18 yaş altında olan uşaqlar və yeniyetmələrdir. 689 halda insanlara kütləvi şəkildə atəş açılıb. Amma biz görürük ki, ABŞ siyasətçiləri ABŞ Milli Silah Assosiasiyasının onlara göstərdiyi “xidmətlər” qarşılığında bunun qarşısını almaq üçün silahlara nəzarət istiqamətində təsirli tədbirlər görmür. Ona görə araşdırılmalıdır ki, bu Henri məsələsi lobbi fəaliyyəti olub, yoxsa rüşvət alma faktı.
Üçüncüsü, hər kəsə problem yaratmaq gücündə olan və yaradan ölkənin hakimiyyət təmsilçiləri pul qarşılığında və ya digər korporativ maraqlarına görə haqsızın yanında dayanırsa, bəzən şirkətlər və dövlətlər öz maraqlarını müdafiə etmək üçün rüşvət vermək məcburiyyətində qalır. Buna haqq qazandırmaq fikrindən çox uzaq olsam da, reallıq belədir. Yəqin ki, məhkəmə istintaqı zamanı bəlli olacaq ki, şirkət öz maraqları üçün bunu edib, yoxsa ölkəmizin maraqları üçün və ya ümumiyyətlə, belə bir fakt olubmu?
ABŞ heç vaxt 20% torpaqlarımızı işğal edib 30 il işğal altında saxlayan, etnik təmizləmə aparıb bir milyon insanı ev-eşiyindən qovan, Xocalıda soyqırım cinayəti törətmiş Ermənistanı işğalçı dövlət kimi tanımadı, heç vaxt demədi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdı. Qərbyönümlü Qorbaçovu və Yeltsini məcbur etdilər ki, zorakı etnik separatizmi müdafiə etsinlər. ABŞ işğalçı Ermənistana yox, təcavüzə məruz qalan Azərbaycana, Elçibəyin prezidentliyi dönəmində sanksiya tətbiq etdi.
Qanunları pozanların ifşa olunaraq cəzalandırılması təqdir olunmalı olsa da, Henri Kueyler, böyük ehtimalla, ədalətin təntənəsi naminə ittiham olunmur, Azərbaycana təzyiq məqsədilə qurban verilir. Yenə, böyük ehtimalla, ermənipərəst senator Menendezin ifşasından sonra bizimlə Ermənistan arasında bərabərlik işarəsi qoymaq üçün H.Kueyler məsələsi gündəmə gətirilir. Araşdırılsa, ABŞ-də qanuni, yaxud qanunsuz əsasda “lobbiçilik” fəaliyyəti ilə məşğul olmayan az sayda konqresmen tapmaq olar.
– Azərbaycana niyə təzyiq edirlər?
– Həm ermənilərə görə, həm də istəyirlər ki, Rusiya ilə düşmən olaq. Azərbaycan Ermənistandan işğal altında qalmış torpaqlarını azad etməyi, Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyi tələb edir. Ölkəmizin həyati maraqları tələb edir ki, Rusiya ilə dost olaq.
(Xalqcebhesi.az)
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb