ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb

img

06-05-2024 [00:24]


Bu gün ABŞ ordusuna məxsus yük təyyarələri İsrailin təxminən 7 aydır hücum altında saxladığı Qəzzaya havadan humanitar yardım bağlamaları atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, bağlamalarda təxminən 25 minlik əhali üçün naharlıq yemək seti olub.

Xəbərdə deyilir ki, yardım bağlamaları 2 C-130 tipli hərbi təyyarə ilə atılıb: "Lakin onlardan 7-si dənizə düşüb...".

Açıqlamada o da bildirilib ki, CENCTOM bu günə qədər Qəzzaya hava yolu ilə təxminən 1170 ton humanitar yardım göndərib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR