İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."

img

06-05-2024 [00:30]


"HƏMAS Təl-Əviv hökuməti ilə əsir mübadiləsi razılaşması istəmir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Gallant Misirdə HƏMAS-la aparan danışıqların "dalana dirənməsi" barədə suala cavabda deyib.

Müdafiə naziri Netzarim şəhərində hərbçilərlə görüşdə bildirib ki, onla istəslər də, HƏMAS danışıqlarınmüsbət sonluqla bitməsinə imkan vermir: "Biz HƏMAS-ın əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlmək niyyətində olmadığına dair narahatedici davranışlar müşahidə etdik. Bu da o deməkdir ki, tezliklə Rəfaha və Qəzza zolağının digər hissələrində güclü hərbi əməliyyatlara start verməli olacağıq".

Xatırladaq ki, iki gündür Misir və Qətərin vasitəçiliyi ilə Qahirdə yeni atəşkəs və qarşılıqlı məhbus mübadiləsi sazişi üzrə danışıqlar gedir.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR