14-03-2019 [11:19]
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "Yeni Müsavat”ın canlı yayımında ADP sədri Sərdar Cəlaloğlu ilə debatı zamanı nimdaş ayaqqabısını çıxarıb izləyicilərə nümayiş etdirməsi marağa səbəb olub. Partiya sədri kasıb olduğunu, sökülən kostyumunu 13 manata aldığını, ayaqqabısını isə 10 yerdən tikdirdiyini söyləyib.
Canlı yayım gedə-gedə bir sıra izləyicilər şərh bölümünə rəylər yazaraq H.Hacıyevə ayaqqabı almaq istədiklərini bildiriblər. Amma bununla belə, onu ələ salan, fikirlərinə rişxəndlə gülüb statuslar paylaşanlar da olub.
Xüsusilə müxalif kəsim H.Hacıyevə daha çox sərt statuslar həsr edir.
Məsələ ilə bağlı MMP sədrinin mövqeyini aldıq. O, şəxsinə qarşı müxalifət daxilində hansı qüvvələrin bu cür kampaniya təşkil etdiklərindən xəbərdar olduğunu söylədi: "Nə demişəmsə doğrudur. Hər kəs öz arşını ilə hər şeyi ölçür. Bizim haqqımızda yazanlar, görünür, imkanlı şəxslərdir. Mənə dəqiq məlumat verilib ki, məni tənqid, təhqir edənlər arasında Milli Şura tərəfdarları çoxluq təşkil edirlər. Həsənov Cəmil və Kərimov Əli məni anlaya bilməzlər. Çünki əlləri hakimiyyətin cibindədir, xaricdən qrantlar alırlar. Kərimov Əli hakimiyyətin korrupsiyaya bulaşdığını deyir, amma özü tamam korrupsiya içərisində üzür. Kərimov Əli ilə eyni komandada hakimiyyətdə təmsil olunmuşuq. Mən və komandamızda olmuş hər kəs onun necə işlədiyini bilir. Hakimiyyət bu şəxsin fonunda özünə sərf edən müxalifət saxlayır. Hər axşam Sevinc Osmanqızının verilişində canlı yayıma çıxıb danışmaqdan başqa Kərimov Əli nə edir? Pulunu alıb ona uyğun da danışır. Onu sizin redaksiyanızda debata dəvət edirəm, onu nə söyəsiyəm, nə də döyəsiyəm. Bir-birimizə hesabat verək, bilək o nə iş görüb, mən nə iş görmüşəm. Necə yaşadıqlarımızı da açıqlayaq. O adamı məndən yaxşı tanıyan yoxdur. Gör, kim trollarını öyrədib üstümə saldırır. Ayaqqabım yamaqlıdır, bundan utanmıram. Ayaqqabı təmir edənlər necə dolansınlar? Pulumu verib ayaqqabıma tikiş vurdurmuşam. Kiməsə yaltaqlanıb ayaqqabı almaram. Kərimlinin nəzarətində olan və xaricdən yayımlanan kanallarda belə onunla debata çıxmağa hazıram”.
H.Hacıyev artıq 10 nəfərin ona ayaqqabı aldığını da söylədi: "O çıxışımdan sonra çoxsaylı müraciətlər olub. Keçmiş nazirlər, komsomol katibi işləmiş dostlarım var. Hərəkat dövründən dostluğumuz davam edənlər də az deyil. Sağ olsunlar, hər zaman mənə kömək edirlər. Artıq 10 nəfər ayaqqabı alıb, qərargahıma gətirib. Onların hər birinə minnətdaram. Bundan sonra da kömək etməyə hazır olduqlarını bildirirlər. 10 ayaqqabıdan yəqin birini geyinərəm, qalanlarını satıb çörəkpulu edərəm. Heç nədən utanmıram. Nazir olduğum dönəmlərdə necə işlədiyimi, bir dəfə də olsun rüşvət almadığımı yaxşı bilirlər. Amma Kərimov Əli dövlət katibi ola-ola hər kəsdən rüşvət yığırdı, bir dəfə kabinetdə davamız düşdü. Rəhmətlik Elçibəy mənə deyirdi ki, ona bənd olma, uşaqdır. Küçə sözləri ilə məni ruhdan salmaq mümkün deyil. Xalqımdan ötrü özümü öldürürəm. Xalqım necə yaşayırsa, mən də elə yaşayıb öləcəm. Göygöldə limonad seximin olduğu barədə yalan məlumatlar yayırlar. Əgər belədirsə, həmin sexi onlara verirəm. Mənim nəyimin olub-olmadığını xalqım yaxşı bilir. Mən ifşa etdikcə, Kərimov Əli hələ çox uydurma məlumatlar yaydıracaq. Partiyamız ianələr hesabına fəaliyyət göstərir. Üzvlük haqqına heç zaman əl ata bilmərəm. Zirzəmi kimi bir yerdə qərargahımız var. Bunu hər kəs görüb. Partiya kimi fəaliyyət göstərmək o qədər çox vəsait tələb etmir. Özümü dolandırmaq üçün 7-ci mikrorayonda ”moyka"da avtomobil belə yuyurdum. Həmin "moyka”nı da bağladılar. Heç olmasa axşamlar maska taxıb maşın yuyurdum, 15-20 manatım olurdu. Bunu da əlimdən aldılar. Taleyimiz belə gətirib, bundan ötrü gedib özümüzü öldürəsi deyilik".
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə