Novruz Məmmədov Milli Məclisdə ilk dəfə hesabat verəcək

img

14-03-2019 [10:21]


Sabah – martın 15-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

"Report” xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir.

Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.

Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.

Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA