Deputatdan Türkiyəyə və Gürcüstan prezidentinə etiraz: "Layiqli təpki görə bilmirəm"

img

13-03-2019 [18:36]


"Mən hərdən qardaşımız, canımız rəsmi Türkiyəni anlamaqda çətinlik çəkirəm. Fələstin məsələsinə aşırı həssaslıq göstərərək İsrail baş nazirini uşaq qatilliyində ittiham edirlər. Əlbəttə, bu, Türkiyənin rəsmi yanaşmasıdır və bunun doğrusunu, yanlışını təhlil etməyi doğru saymıram. Lakin Gürcüstanın prezidenti gedib Ermənistanda saxta soyqırım anıtına gül qoyur, əvəzində layiqli təpki görə bilmirəm".

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, gürcü qadının bu səviyyəsiz hərəkəti bizi də incidir, ancaq unutmayaq ki, saxta soyqırım ittihamını ermənilər birbaşa Türkiyəyə yönəldirlərsə, rəsmi cavabı da birbaşa Türkiyədən almalıdırlar: "Bu qadına etdiyi bu küstah davranışın yarada biləcəyi ciddi nəticələri xatırladacaq kimsə yoxmu? Türkiyənin əlində bu cür davranış sərgiləyən dövlət rəhbərlərini ağıllandıracaq heç bir vasitəmi yoxdur?".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA