12-03-2019 [13:19]
”İşğal edilmiş Azərbaycan ərazilərində yaradılan qondarma rejimin "xarici işlər nazirliyi"nin "nümayəndəsi” ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatına kölgə salmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar aparılan danışıqlara xələl gətirmək və diqqəti danışıqların predmetindən yayındırmaq məqsədilə növbəti əsassız açıqlama verib. Belə ki, qondarma "nümayəndə” ATƏT-in Nazirlər Şurasının Helsinki və Budapeşt sammitlərində qəbul edilən sənədlərlə bağlı cəfəngdolu iddialar irəli sürməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərib”.
Mia.az xəbər veirr ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev qondarma rejimin nümayəndəsinə cavabında deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatı ilə bağlı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin "xarici işlər nazirliyi”nin "nümayəndəsi” Helsinki sammitinin sənədlərinə əsasən münaqişənin tərəfləri (təcavüzkar Ermənistan və hərbi işğala məruz qalmış Azərbaycan) ilə yanaşı, maraqlı tərəflər qismində yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının mövcudluğundan danışıb, azərbaycanlı icmasını görməməzlikdən gəlirsə, onun sözügedən sənədin məğzini dərk etmək qabiliyyətinin olmadığı üzı çıxır: "Qondarma "rəsmi şəxs” əgər Budapeşt sammitinin sənədindən danışırsa və bu sənədin öhdəliklərinə sadiqdirsə, onda sənədə tam şəkildə əməl etməlidir. 1994-cü il Budapeşt sammitində iştirakçı ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: "Onlar (ATƏT-in iştirakçı ölkələrinin dövlət və hökumət başçıları) BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə dair öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara, silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.
Xatırlatmaq istərdim ki, BMT TŞ-nin 1993-cü il tarixli 853 və 884 saylı qətnamələrində məhz "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri"nə istinad edilir və bu da öz növbəsində ATƏT-in müvafiq qərarlarında, o cümlədən MQ həmsədrlərinin sonuncu bəyanatında qeyd edilən "maraqlı tərəflər" ifadəsini özündə ehtiva edir.
Qeyd olunanlarla bərabər, 1994-1995-ci il atəşkəs haqqında müzakirələrin tərkib hissəsi olan 1995-ci ilin 5 noyabr tarixli "Xüsusilə işğal olunmuş ərazilərdə vəziyyətin tənzimlənməsinə dair tədbirlərin vaxt cədvəli” adlı II saylı əlavəni qeyd etmək lazımdır. Bu sənəddə konkret şəkildə müvafiq vaxt cədvəlinə uyğun olaraq Azərbaycanın işğal edilmiş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması və minalardan təmizləmə əməliyyatı barədə tədbirlər nəzərdə tutulur.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması Sarqisyan-Köçəryan xuntasının davamı olan işğalçı rejimin əsarətində qalmaqda davam edir.
Bölgədə daimi və ədalətli sülhün bərqərar olmasının yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır və bu məqsədlə dialoqa hazırdır”.
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə