"Yalnız sülh yolu ilə həll oluna bilər" - NATO rəsmisindən Qarabağ AÇIQLAMASI

img

11-03-2019 [20:46]


"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".

Mia.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə bildirib.

"Biz münaqişələrin həllinə cəlb olunmuruq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır... NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, - deyə o qeyd edib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA