"Sumqayıt"la "Neftçi"nin oyununda gərginlik - Baş məşqçi meydandan qovuldu, köməkçiyə xəbərdarlıq edildi

img

10-03-2019 [19:05]


Bu gün Azərbaycan Premyer Liqasında "Sumqayıt" komandası "Neftçi" ilə  qarşılaşıb.

Mia.az bildirir ki, oyunda hesabı "Sumqayıt"lı Peyman Babayev açıb.

 "Neftçi" bu qolun əvəzini 76-cı dəqiqədə çıxıb - 1:1.

87-ci dəqiqədə isə "Neftçi" hesabı artırıb - 1:2.

 Beləliklə, oyun 1-2 hesabı ilə bakılıların xeyrinə başa çatıb.

Onu da qeyd edək ki, oyun zamanı "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov hakimə etiraz etdiyi üçün meydandan qovulub, köməkçisi Mehman Yunusova isə xəbərdarlıq edilib.

Bu qələbədən sonra sonra isə xalını 44-ə çatdıran "Neftçi" yenidən turnir cədvəlinin lideri olub. "Sumqayıt" isə 16 xalla sonuncu pillədə qərarlaşıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR