“Maaş, təqaüd, sosial yardım artımı, kredit borcları ilə..." - Ekspertdən son proseslərə maraqlı şərh

img

10-03-2019 [17:59]


"Maaş, təqaüd, sosial yardım artımı, kredit borcları ilə məsələnin yarımçıq həlli islahat deyil, ola da bilməz. Bu rutin işdir, hökumətin özünün verdiyi 2 kəskin devalvasiya qərarının vətəndaşlara vurduğu ziyanın qismən geri qaytarılmasıdır. İslahat sözünü və qavramını 5-10 manat maaş artımına endirib ucuzlaşdırmayaq”. 

Mia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. 

O, bildirib ki, bu gün Azərbaycanda nələrsə dəyişir: "Amma bu islahatdırmı? "Təbii ki, yox, çünki idarəetmənin forması dəyişməyib - sərt vertikala söykənən Prezident Respublikasıdır. Baş verənlər imitasiyadırmı? Yox, imitasiya da deyil, çünki idarəetmənin üsulu dəyişir, oliqraxlara söykənən loyallıq sistemindən texnokrat CEO-ları önə çəkən üsula keçid baş varir. 

Amma bu keçidin ən zəif nöqtəsi loyallığı puldan, maddi maraqlardan mənəvi-siyasi platformaya keçirən işlək hekayənin olmamağıdır. Yəni, yeni üsulun ideoloji və siyasi əsası, daha doğrusu inandırıcı əsaslandırılması, hekayəsi yoxdur. Yeni üsul ikinci hakim partiyanın yaranması, mədəni-siyasi-ideoloji hekayənin qurulması ilə paralel baş vermirsə, siyasi rəqabət platformalarının yaranması ilə müşahidə edilməsə, mütləq iflasa məhkum olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA