Deputat oğlunun komitə sədri təyin olunmasından danışdı: "Çalışacaq ki, məsuliyyətlə vəzifəsini icra etsin”

img

08-03-2019 [12:47]


Millət vəkili, akademik İsa Həbibbəyli oğlu Səhət Həbibbəylinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri  vəzifəsinə təyin edilməsinə münasibət bildirib.

Mia.az xəbər verir ki, o musavat.com-a müsahibəsində oğlunun həmin komitədə işlədiyini, gömrük sistemində 10 ilə yaxın sədr müavini olduğunu qeyd edib: "Etimad göstərilib, çalışacaq ki, məsuliyyətlə vəzifəsini icra etsin”.

"Bu təyinatda deputat olmağınız, vəzifə tutmağınız nə dərəcədə rol oynadı?” sualına İ. Həbibbəyli belə cavab verib: "Mən Bakıda yaşayıram, tamam başqa sahədə çalışıram. Mətbuat çalışır ki, belə məsələlərdə sensasiya yaratsın. Amma 20 ilə yaxındır ki, ən kiçik işdən, inspektorluqdan, şöbə müdirliyindən müavinliyə qədər bütün təkamül prosesini keçib, etimad göstərilib, o da bu etimadı doğrultmağa çalışacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA