Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı yeni səfiri ilə görüşdü

img

07-03-2019 [22:50]


Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnanı qəbul edib.

Nazirlikdən  Mia.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər, eyni zamanda əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verən nazir E.Məmmədyarov Hindistan şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət edib.

Eyni zamanda, tərəflər Azərbaycan və Hindistan arasında birbaşa hava əlaqəsinin yaradılmasının insanlararası təmasların daha da artmasına təkan verəcəyinə əminliklərini ifadə ediblər və bu xüsusda, qarşılıqlı turizm sərgilərinin keçirilməsinin zəruriliyi qeyd edilib.

Görüş zamanı beynəlxalq təşkilatlar, eləcə də Qoşulmama hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Hindistanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA