"Roma" klubunun baş məşqçisi istefaya göndərilib

img

07-03-2019 [22:21]


 İtaliyanın "Roma" futbol klubu baş məşqçi Eusebio Di Françesko ilə yollarını ayırıb.

"Report" "canavarlar"ın rəsmi saytına istinadən xəbər verir ki, bu qərar komandanın Portuqaliyada "Portu"ya 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündən sonra qəbul olunub.

Həmin məğlubiyyətdən sonra paytaxt təmsilçisi yarışla vidalaşıb, baş məşqçi isə mətbuat konfransına qatılmayıb. UEFA-nın 50 yaşlı mütəxəssisi cərimələyəcəyi bildirilir.

Qeyd edək ki, hazırda "Roma" İtaliya A Seriyasında 26 oyundan 44 xalla 5-ci pillədə qərarlaşıb və 4-cü yerdəki "İnter"dən 3 xal geri qalır.

Digər xəbərlər
SON XƏBƏRLƏR