Müsavat aksiya keçirməkdə israrlıdır - Partiya bəyanat yaydı

img

06-03-2019 [20:30]


Müsavat Partiyası martın 10-na təyin etdiyi yürüş-mitinqə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməməsinə etiraz edib. 

Bu barədə partiyadan Mia.az-a daxil olan bəyanatda deyilir ki, Müsavat Partiyasının yürüş-mitinq keçirilməsi üçün müraciət etdiyi ərazilər Bakı şəhərinin mərkəzində yerləşmir:

"Aksiyanın bazar günü keçirilməsi nəzərdə tutulurdu ki, həmin gün küçələrdə avtomobillərin ən az olduğu gündür. İcra Hakimiyyətinin məktubunda həmçinin qeyd olunur ki, kütləvi aksiyaların keçirilməsi üçün yerlər müəyyən olunub. Vətəndaşların sərbəst toplaşma azadlığı müvafiq icra hakimiyyətinin ayırdığı ayrı-ayrı məkanlarda deyil, qanunla qadağan olunmuş xüsusi ərazilər istisna olmaqla hər yerdə təmin olunmalıdır.

Bununla yanaşı, Müsavat Partiyasının yürüş-mitinq üçün müraciət etdiyi məkanlardan biri, Həsən Bəy Zərdabi küçəsi əvvəllər də dəfələrlə yürüşlərin, "Məhsul” stadionu isə dəfələrlə mitinqlərin keçirildiyi məkandır. Başlıcası isə sərbəst toplaşma azadlığı fundamental insan haqlarına aid olduğu üçün başqa hüquqların qorunması ilə əsaslandırılaraq məhdudlaşdırıla bilməz. Qanunvericiliyə əsasən ictimai əsayişin qorunması polisin funksiyasıdır. Kütləvi tədbirlərin keçirilməsinə icazə verilib-verilməməsi isə icra hakimiyyətinin səlahiyyətinə aid deyil”.

Qeyd edilib ki, partiya  Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət yaradılması uğrunda mübarizəsini sonadək davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA