“Nazir oğluyamsa, dədəmdən qalmadırsa, onu yazın, sual edin ki, bu villa haradandır?" - Deputat

img

06-03-2019 [11:55]


"Sosial şəbəkələrdən məkrli niyyətlərlə istifadə edən insanlar var. Belələri biz deputatları jurnalistlərdən uzaqlaşdırırlar. Bu yaxınlarda durub guya mənim əmlakımdan yazıblar. Hələ az yazılmışdı. Mən əmlakımı açıqlamaqdan qorxmuram, çünki məmur deyiləm”.

Bunu deputat İqbal Məmmədov mətbuatda yayılan mülk siyahısından danışarkən bildirib. O qeyd edib  ki, əmlaklarından imtina etməyib:

"Nazir oğluyamsa, dədəmdən qalmadırsa, onu yazın, sual edin ki, bu villa haradandır? Villaların var, canın çıxsın birini də kasıb, imkansızlara ver də! Ya da birini oxut! Mən bir daha vurğulayıram ki, əmlaklarımdan imtina etməmişəm. Amma görün nə yazırlar. Durub yazıblar ki, İqbal Məmmədovun donuz ferması var. Daha bu qədər də olmaz da! Atam bilsə ki, mənim donuz fermam var, heç məni evə də buraxmaz. Durub yazırlar ki, İqbal Məmmədovun İngiltərədə evi var. Bu da tamamilə yalandır.

Xocalı soyqırımı günü yazırlar ki, İqbal Məmmədovun əmlakının siyahısı açıqlanacaq. Ayıbdır vallah, ayıb! Mən nə qazanıramsa, Lerikə sərmayə qoyuram. Gedin baxın ki, Lerikdə nələr etmişəm!”.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA