Səhiyyə müəssisələrində çalışanların əməkhaqları artırılacaq

img

06-03-2019 [11:04]


Növbəti ildən etibarən ölkədə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması, onların göstərdikləri səhiyyə xidmətlərinə görə əlavələrin verilməsi nəzərdə tutulur.

Bu, Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqda hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 810s nömrəli sərəncamı ilə Azərbaycanda əməyin ödənişi və dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən bu istiqamətdə müvafiq təkliflərin hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur/ONA


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA