"Ondan qurtulmaq lazımdır" - Politoloq həmsədrin gizlinlərini açdı

img

06-03-2019 [10:30]


"Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə ilk dəfə 1999-cü ildə İstanbul sammitində üz-üzə gəlmişdim. Adamı kənardan izlədim, sanki Türkiyəyə Qarabağ məsələsinin müzakirəsinə yox, kefə gəlmişdi".

Mia.az bildirir ki, bu sözləri politoloiq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, 20 il ərzində onun fəaliyyətini tənqid edib: "Kasprişikin açıqlamaları və hesabatlarındakı önəmli detallar Azərbaycanın əleyhinə idi. Kasprşikin vətəni olan Polşadan da mənə maraqlı məlumatlar gəldi. Onu yaxından tanıyan polşalı diplomatlardan biri hətta mənə bunu dedi: "Anjey Kasprşik illər öncə Polşa XİN-də çalışıb. Bir neçə dəfə onu yenidən XİN-də çalışmağa dəvət etmişik. Gəlməyib. Səbəbi bəllidir. ATƏT sədrinin Cənubi Qafqazdakı nümayəndəsi kimi aldığı yüksək maaşı Polşa XİN-də almayacaq, elə bunun nəticəsidir ki, bir neçə villaya sahidir”.

Kaspşik bu vəzifədə qocaldı. Onu Dağlıq Qarabağ münaqişəsinin həlli zərrə qədər də maraqlandırmır. Onu yeganə maraqlandıran məsələ pensiya yaşına çatıb ATƏT-dən yaxşı müavinət almaqdır. Vəssalam.

Iki il bundan əvvəl yazdığım məqalədəndir: "Kasprşik və komandası 24 monitorinq aparıblar, bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-si isə təmas xəttində aparılıb. Soruşa bilərsiniz ki, Kasprşik niyə cəbhə bölgəsində Azərbaycan-Ermənistan sərhədindən 3 dəfə çox monitorinq aparır? Çünki, Kasprşik bilir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, sərhəddə monitorinqə çox da ehtiyac yoxdur, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları geri almaq üçün plan hər zaman aktualdır. Ona görə də Kasprşikin vəzifəsi Qarabağ istiqamətində bizə mane olmaqdır".

Nəhayət, rəsmi Bakı da onun yarıtmaz fəaliyyətini özü üçün isbat etdi. Azərbaycan Nazirlər Kabineti onu fəaliyyətini təhlil edib. Məlum olub ki, polşalı diplomatın bu illərdə yazdığı 24 hesabatın hamısı Azərbaycanın əleyhinə, separatçıların xeyrinədir. Sadəcə, nədən Azərbaycan XİN indi bunu gördü? Bu illərdə Kasprşikin yarıtmaz fəaliyyətini faş etmək olmazdımı?".

Politoloq qeyd edib ki, indi Anjey Kasprşik kimi diplomatdan qurtulmaq lazımdır: "Bunun bircə yolu var: ATƏT-in hazırki sədrinə müraciət edib Anjey Kasprşikin fəaliyyətinin Azərbaycan üçün uyğun olmadığını elan etmək lazımdır. Və mənə elə gəlir ki, artıq bu barədə Bakıda səfərdə olan ATƏT-in hazırki sədri Slovakiyanın xarici işlər naziri Miroslav Layçaka müraciət edilib. Sadəcə, heyf Anjey Kasprşiklə itirilən illərə…".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA